“Barselona” oyunu öncəsi “İnter”də ciddi itki

 14:26 29.04.2025     114

“İnter” yaxın zamanda Benjamen Pavardın xidmətindən yararlana bilməyəcək.

Redaktor.az xəbər verir ki, müdafiəçi həftəsonu “Roma” ilə keçirilən oyunda (0:1) sol topuq nahiyəsindən zədələnib.

“La Gazzetta dello Sport”un məlumatına görə, o, Çempionlar Liqasının “Barselona”ya qarşı ilk yarımfinal oyununda iştirak etməyəcək.

“Barselona” – “İnter” oyunu 30 aprel Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.