Azərbaycan Basketbol Liqasında ikinci finalçı bəlli OLDU

Azərbaycan Basketbol Liqasında ikinci finalçı bəlli olub.
Redaktor.az-ın məlumatına görə, "Neftçi" bu həlledici raunda vəsiqə qazanıb.
"Ağ-qaralar" yarımfinal mərhələsinin ikinci oyununda "Abşeron"u məğlub edib - 81:72. Komanda ilk matçda da qalib gəlmişdi.
"Neftçi" finalda "Sabah"la üz-üzə gələcək.