"Barselona" baş məşqçi ilə müqavilənin müddətini ARTIRACAQ

"Barselona" baş məşqçi Hans Fliklə müqavilənin müddətini 2027-ci ilin yayınadək uzadacaq.
Redaktor.az "Marca" nəşrinə istinadən xəbər verir ki, Hans Flikin qazandığı nəticələrdən məmnun qalan "Barselona" rəhbərliyi baş məşqçiyə yeni müqavilə təklif edib.
Təcrübəli çalışdırıcı "Barselona" rəhbərliyinin təklifinə müsbət cavab verib.
Qeyd edək ki, Hans Flik mövsümün əvvəlində "Barselona" ilə müqavilə imzalamışdı. Təcrübəli çalışdırıcı İspaniya nəhəngindən öncə isə Almaniya millisinin baş məşqçisi vəzifəsində çalışıb.