""Barselona"-"İnter" oyununda futbolun bütün gözəllikləri yaşana bilər" - İdman eksperti

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ikinci oyunu keçiriləcək. “Barselona” İspaniyada İtaliya “İnter”ini qəbul edəcək.
Keçiriləcək oyunla bağlı fikirlərini Redaktor.az-a danışan idman eksperti Fuad Eldarov bildirdi ki, "İnter" hazırda 2024-2025-ci illər mövsümündə Avropada ən yaxşı əks-hücum futbolu oynayan komandadır:
"Bu da "Barselona"nın tələyə düşməsinə yol aça bilər. "Barselona" gənclərdən ibarət kollektivdir. Təbii ki, gənclərdən başqa digər futbolçular da məhsuldar futbol oynayırlar. "Barselona" hücum futbolu oynayır. Hücum futbolu oynayan bir komandanın əks-hücum futbolunda çox güclü olan bir kollektivlə üz-üzə gəlməsi artıq planlarının dəyişməsinə səbəb ola bilər. Bunu biz görürüksə, "Barselona" məşqçilər korpusu da yaxşı görürlər".
Ekspert qeyd etdi ki, "Barselona" texniki-taktiki plan hazırlayacaq.
"İnter"in finala yüksəlməsinin bu dəqiqə bütün Avropa futbolunda, Avropa mediasında daha çox şansının olduğunu bildirirlər. Mənim fikrim bir az fərqlidir. Çünki "Barselonan"nı "İnter" qarşısında zəif görmürəm. Mənə görə, yarımfinalda ən baxılmalı oyun "Barselona"-"İnterdir". "Barselona"-"İnter" oyununda futbolun bütün gözəllikləri yaşana bilər. Sürətli futbol, əks-hücum futbolu, müdafiədə etibarlı olan komandalar, baxımlı qollar, hər şey yaşana bilər. Şəxsən mən belə səbirsizliklə oyunun keçirilməsini gözləyirəm ki, rahat-rahat oyuna baxım. Hər iki komandanın şanslarını 50-50 dəyərləndirirəm. İkisi də çox güclü kollektivlərə sahibdir və baxımlı futbol oynayan komandalardır", - deyə müsahibimiz vurğuladı.
Aytəkin TOFİQQIZI