"Barselona" - "İnter" matçında qapılara 6 qol vuruldu - Çempionlar Liqası

 01:11 01.05.2025     148

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində "Barselona" evdə "İnter"i qəbul edib.

Redaktor.az xəbər verir ki, olduqca maraqlı keçən qaşılaşmada qapılara 6 qol vurulub.

Oyunda hesabı qonaq komanda açıb. Matçın 1-ci dəqiqəsində Markus "İnter"i önə çıxarıb. 21-ci dəqiqədə Denzelin qolu ilə qonaqlar "Barselona"ya şok yaşadıb. Lakin matçın 24-cü dəqiqəsində Kataloniya klubunun 17 yaşlı hücumçusu Lamin Yamalın mükəmməl qolu ilə hesab arasındakı fərq azalıb. 38-ci dəqiqədə Ferran Torres "Barselona"nın bərabərilk qolunu vurub. Matçın birinci hissəsi 2:2 hesabı ilə yekunlaşıb.

İkinci hissədə "İnter" yenidən önə çıxıb. 63-cü dəqiqədə türk fotbolçu Hakan Çalhanoğlunun ötürdüyü topu Denzel ev sahiblərinin qapısından keçirib. Lakin cəmi 2 dəqiqə sonra Rafinyanın mükəmməl zərbəsi ilə "Barselona" hesabı bərabərləşdirib. Rafinyanın güclü zərbəsi nəticəsində top tirdən qayıdıb qapıçı Yann Sommerə dəyərək qapıdan keçdiyi üçün qol avtoqol kimi qeydə alınıb. Oyunun qalan dəqiqələrində "Barselona"nın qol vurmaq şansı çox olub. Təkcə Lamin Yamalın iki zərbəsi qapı tirindən qayıdıb. Lakin matç 3:3 hesablı bərabərliklə başa çatıb.

Turan İSMAYIL