UEFA Avropa Liqasının yarımfinal mərhələsinə start VERİLƏCƏK

 09:00 01.05.2025     140

UEFA Avropa Liqasının yarımfinal mərhələsinə bu gün start veriləcək.

Redaktor.az xəbər verir ki, “Tottenhem” evdə “Budyo Qlimt”lə qarşılaşacaq.

“Mançester Yunayted” isə İspaniyada “Atletik”in qonağı olacaq.

UEFA Avropa Liqası

Yarımfinal, ilk oyunlar

1 may

23:00. “Tottenhem” (İngiltərə) - “Budyo Qlimt (Norveç)

23:00. “Atletik” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə).

Qeyd edək ki, UEFA Avropa Liqasının yarımfinal mərhələsinin cavab qarşılaşmaları mayın 8-də keçiriləcək.