Ronaldunun komandası Asiya Çempionlar Liqasının finalına yüksələ BİLMƏDİ

 09:17 01.05.2025     139

Kriştianu Ronaldunun çıxış etdiyi Səudiyyə Ərəbistanının "Əl-Nasr" klubu Asiya Çempionlar Liqasının yarımfinalında Yaponiyanın "Kavasaki" klubuna 2:3 hesabı ilə uduzub.

Redaktor.az-ın məlumatına görə, məlumatına görə, Ronaldo bütün matçı meydanda qol vurmadan keçirib.

“Kavasaki” finalda Səudiyyə Ərəbistanının digər təmsilçisi “Əl-Əhli” ilə qarşılaşacaq. Qarşılaşma mayın 3-də Ciddədə baş tutacaq.

Qeyd edək ki, 2024/25-cü illər mövsümündə Asiya Çempionlar Liqası yeni formatda keçiriləcək. Turnirin ümumi mərhələsində 24 komanda - İraq, İran, Qətər, BƏƏ, Səudiyyə Ərəbistanı, Özbəkistan, Avstraliya, Çin, Malayziya, Tailand, Cənubi Koreya iştirak edib. Hər regiondan ən yaxşı səkkiz komanda pley-off mərhələsinə yüksəlib.