UEFA Avropa Liqası: İki oyunda yeddi qol VURULDU

UEFA Avropa Liqasında ilk yarımfinal oyunları keçirilib.
Redaktor.az xəbər verir ki, İspaniyanın “Atletik Bilbao” klubu doğma meydanında İngiltərənin “Mançester Yunayted” klubuna gözlənilmədən böyük hesabla məğlub olub.
Axşamın digər matçında Londonun “Tottenhem”i “Budyo Qlimt”ə heç bir şans verməyib.
UEFA Avropa Liqası
Yarımfinal, ilk oyunlar
1 may
23:00. "Tottenhem" (İngiltərə) - "Bodo-Qlimt" (Norveç) - 3:1
23:00. "Atletik Bilbao" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə) - 0:3
Qeyd edək ki, yarımfinalın cavab oyunları mayın 8-də keçiriləcək.