Konfrans Liqası: “Çelsi” və “Betis” qələbəyə SEVİNDİ

 09:05 02.05.2025     157

UEFA Konfrans Liqasında yarımfinal mərhələsinə start verilib.

Redaktor.az xəbər verir ki, İspaniyanın “Betis” komandası evdə İtaliyanın “Fiorentina” klubuna minimal hesabla qalib gəlib.

İsveçin “Yurqorden” klubunun qapıçısı isə doğma meydanda “Çelsi” futbolçularından dörd top buraxıb.

UEFA Konfrans Liqası

Yarımfinal, ilk oyun

“Betis” (İspaniya) - “Fiorentina” (İtaliya) - 2:1

“Yurqorden” (İsveç) - “Çelsi” (İngiltərə) - 1:4

Qeyd edək ki, bu raundun cavab oyunları mayın 8-də təşkil olunacaq.