Mədət Quliyevin vəzifəsini icra edəcək yeni prezident SEÇİLDİ

Bu gün Azərbaycan Velosiped Federasiyasının (AVF) növbədənkənar ümumi yığıncağı keçirilib.
Redaktor.az xəbər verir ki, tədbirdə federasiya prezidenti Mədət Quliyev çıxış edərək təşkilata rəhbərlik etdiyi müddətdə bu idman növünün inkişafı üçün əlindən gələni etdiyini bildirərək istefa verdiyini açıqlayıb və yeni seçiləcək federasiya rəhbərliyinə uğurlar arzulayıb.
Daha sonra AVF-nin rəhbərliyinə seçki keçirilib. "Silk Way" Şirkətlər Qrupunun prezidenti Zaur Axundov AVF-nin prezidenti seçilib. Sahib Ələkbərov I vitse-prezident, Robert Eyyubov və Fikrət Hüseynov vitse-prezidentlər, Rəşad Gülmaliyev, Emin Mustafayev, Albert Pitersma isə İcraiyyə Komitəsinin üzvləri seçiliblər.
Sonda Zaur Axundov çıxış edərək göstərilən etimada görə təşəkkür edib, bu idman növünün inkişafı üçün əlindən gələni edəcəyini söyləyib.