"Turan Tovuz"a qalib gələn "Zirə" gümüş medalları təmin ETDİ

Futbol üzrə Misli Premyer Liqasının XXXIII turuna bu gün start verilib.
Redaktor.az-ın məlumatına görə, "Zirə" açılış oyununda "Turan Tovuz"a qalib gəlməklə (1:0) gümüş medalları təmin edib.
Hesabı 48-ci dəqiqədə Salifu Suma açıb. 59-cu dəqiqədə Qismət Alıyev birbaşa qırmızı vərəqə ilə meydandan qovulsa da, "Zirə" qələbə hesabını sonadək qoruyub.
Avrokuboklara vəsiqəni əvvəlki turlarda təmin edən Rəşad Sadıqovun komandası xallarının sayını 67-yə çatdırıb.
Tovuz təmsilçisi 49 xalla dördüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, XXXII tura mayın 4-də yekun vurulacaq.