Təbriz təmilçisi “Traktor” ilk dəfə İran çempionu OLDU

 22:29 02.05.2025     171

Futbol üzrə İran çempionatında çempionun adına aydınlıq gəlib.

Redaktor.az xəbər verir ki, Təbriz təmilçisi “Traktor” ilk dəfə İran çempionatının qalibi olub.

XXVIII tur çərçivəsində "Şəms Azər"lə qarşılaşan komanda rəqibini 4 cavabsız qolla məğlub etməyi bacarıb.

Bu qələbə nəticəsində xallarının sayını 64-ə çatdıran "qırmızı qurdlar" ən yaxın izləyicisi "Sepahan"ı 8 xal qabaqlayaraq sona 2 tur qalmış çempionluqlarını rəsmiləşdiriblər.