Azərbaycan komandası “TECHNOFEST-2025”də birinci yer TUTDU

 21:19 03.05.2025     95

Şimali Kipr Respublikasında keçirilən “TECHNOFEST-2025”də Azərbaycanl təmsil edən "Qızıl Qaya" komandası birinci yerə layiq görülüb.

Redaktor.az “Report”a istinadən  xəbər verir ki, Azərbaycan komandasına mükafatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təqdim edib.

"Qızıl qaya" komandası turizm kateqoriyasında birinci yeri tutub.

Qeyd edək ki, 11-ci “TECHNOFEST-2025” festivalı mayın 4-dək davam edəcək. Festival ŞKTC Prezident administrasiyası, Türkiyənin Sənaye və Texnologiya Nazirliyi və Türkiyənin Texnologiya Komandası Vəqfi (T3 Foundation) tərəfindən dəstəklənir.