Norris Mayami Qran-prisinin qalibi OLDU

“McLaren” komandasının britaniyalı pilotu Lando Norris “Formula 1” üzrə dünya çempionatının altıncı mərhələsinin – Mayami Qran-prisinin qalibi olub.
Redaktor.az xəbər verir ki, Norrisin komanda yoldaşı, avstraliyalı Oskar Piastri finiş xəttini ikinci keçib.
Üçüncü yerə “Ferrari”nin britaniyalı pilotu Luis Hamilton layiq görülüb.
Piastri 106 xalla sprintdən sonra turnir cədvəlindəki liderliyini qoruyub saxlayır. Norris ikinci (97), "Red Bull"un niderlandlı pilotu Maks Verstappen isə üçüncüdür (87).
Fərdi göstəricidə isə Piastri 106 xalla liderliyini qoruyub. İkinci yeri onun komanda yoldaşı, meksikalı Serxio Peres (101) tutur. Lekler 98 xalla üçüncü yerdədir. Konstruktorlar Kubokunda "McLaren" birinci (203), "Mercedes" ikinci (115), "Red Bull" üçüncüdür (89).