Levandovski heyətə QAYITDI

“Barselona” UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində “İnter”ə qarşı keçiriləcək cavab oyunu üçün heyətini açıqlayıb.
Redaktor.az xəbər verir ki, kataloniyalıların polşalı hücumçusu Robert Levandovskinin adı qarşıdakı matç üçün iştirak ərizəsinə daxil edilib.
Klubdan verilən məlumata görə, Levandovskinin bərpası gözləniləndən tez başa çatıb və o, “İnter”lə cavab matçında iştirak etməyə tam hazırdır.
36 yaşlı futbolçu bud nahiyəsindən aldığı zədə səbəbilə ilk oyunu buraxmışdı. Qarşılaşma 3:3 hesabı ilə başa çatmışdı.
Digər tərəfdən, müdafiəçi Aleks Balde zədəsini tam sağalda bilmədiyi üçün milanlılara qarşı oyunun heyətindən kənarda qalıb.
Qeyd edək ki, tərəflər arasında cavab matçı sabah İtaliyada keçiriləcək. Qarşılaşma saat 23:00-da başlayacaq.