Yoxlama oyunları keçirəcək Azərbaycan millisinin heyəti AÇIQLANDI

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gündən mayın 11-dək təlim-məşq toplanışı keçəcək.
Redaktor.az xəbər verir ki, U-16 Milli Komandaların Təlim Məşq Mərkəzindəki hazırlıq çərçivəsində iki yoxlama görüşündə qüvvəsini sınayacaq.
Millmiz mayın 9-da və 11-də Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Binə stadionunda keçiriləcək hər iki matçın saat 16:00-da başlaması planlaşdırılır.
Millinin təlim-məşq toplanışı üçün heyəti ilə tanış ola bilərsiniz:
Qeyd edək ki, “Neftçi”nin futbolçuları mayın 7-də - çempionat oyunundan sonra milliyə qoşulacaqlar.