La Liqa təmsilçisinin məşqi oğurluq səbəbindən təxirə SALINDI

 20:54 05.05.2025     106

İspaniya təmsilçisi "Rayo Valyekano"nun bu günə planlaşdırılan məşqi oğurluq səbəbindən təxirə salınıb.

Redaktor.az xəbər verir ki, futbolçular məşqdən öncə paltardəyişmə otağına daxil olublar və orada 1 saat vaxt keçiriblər.

Məlum olub ki, bu müddət ərzində klubun idman direktoru və futbolçular arasında iclas olub.

Səbəb isə bazada oğurluq hadisəsinin baş verməsidir. Oğurluq zamanı bəzi futbolçuların butsları və digər avadanlıqları yoxa çıxıb. Hadisənin üzərindən 3 saat vaxt keçsə də hadisə yerinə polis gəlməyib. Ardınca futbolçular yavaş-yavaş bazanı tərk etmək məcburiyyətində qalıblar.

Daha sonra kollektivin məşq ləvazimatları bərpa olunub.