Ronaldo sərxoş halda görüntüləndi, tənqid olundu - VİDEO

 09:25 06.05.2025     114

Əfsanəvi sabiq futbolçu Ronaldo Nazario görüntüləri ilə gündəm olub.

Redaktor.az xarici mətbuata istinadən xəbər verir ki, o, sərxoş vəziyyətdə kameralara tuş gəlib.

Onun bu görüntüləri sahibi olduğu “Valyadolid” klubunun azarkeşləri tərəfindən tənqid olunub.

Belə ki, azarkeşlər komandanın La Liqada “Barselona”ya uduzduğu matçdan sonra Ronaldonun bu halına qəzəbləniblər.

Onlar bildirib ki, rəhbərlik klubun vəziyyəti ilə maraqlanmır.

Qeyd edək ki, 34 turdan sonra komandanın cəmi 16 xalı var və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Bununla da “Valyadolid” La Liqanı qalma şansını itirib.

Ronaldonun sözügedən görüntülərini təqdim edirik: