PSJ azarkeşləri iğtişaş törətdi

 23:05 07.05.2025     135

Fransanın PSJ klubunun azarkeşləri Çempionlar Liqasının yarımfinalında London “Arsenal”ı ilə cavab oyunu öncəsi iğtişaş törədib.

Redaktor.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb 

Mənbə iddia edir ki, hazırda adətən parislilərin aktiv dəstəyinin yerləşdiyi “Park des Princes” stadionunun girişinin qarşısında nəqliyyatın hərəkəti sıxlaşır. PSJ azarkeşlərinin fişənglər və tüstü bombaları buraxdığı da məlumdur.

Bu komandalar arasında aprelin 29-da “Emireyts” stadionunda baş tutan ilk görüş 1:0 hesabı ilə PSJ-nin xeyrinə başa çatıb.

Bu görüşün qalibi finalda iki oyunun cəmində İspaniya “Barselona”sına qalib gələn İtaliya “İnter”i ilə qarşılaşacaq.

Turan İSMAYIL