Çempionlar Liqasında ikinci finalçı bəlli oldu - VİDEO

UEFA Çempionlar Liqasında ikinci finalçının adına aydınlıq gəlib.
Redaktor.az xəbər verir ki, bu, Parisdə keçirilən PSJ - “Arsenal” matçından sonra müəyyənləşib.
Fransa təmsilçisini cavab qarşılaşmasında rəqibini 2:1 hesabı ilə məğlub edərək adını finala yazdırıb.
PSJ finalda “İnter”lə qarşılaşacaq.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının final matçı mayın 31-də Almaniyanın Münhen şəhərində keçiriləcək.
UEFA Çempionlar Liqası
Yarımfinal, cavab oyunu
7 may
23:00. PSJ (Fransa) - “Arsenal” (İngiltərə) (ilk oyun - 1:0) - 2:1
Qol: Fabian Ruiz, 27, Hakimi, 72 - Saka, 76