Futzal oyununda 22:0 hesablı nəticə qeydə alındı

 20:10 08.05.2025     152

Futzal üzrə Azərbaycan Yüksək Liqasında XVII turun oyunları keçirilib.

Redaktor.az xəbər verir ki, günün ilk matçında "Baku Fire" "Şuşa" kollektivini 5:4 hesabı ilə üstələyib.

Ardınca "Araz-Naxçıvan" "Yasamal Bakı" komandasına heç bir şans tanımayıb - 22:0.

Günün son görüşündə isə "Neftçi" İK U-19 kollektivini 4:2 hesabı ilə məğlub edib.