"Neftçi" basketbol klubunun məşqçisi "Sabah" üzərində qələbəni şərh ETDİ

Komandamız xarakter nümayiş etdirərək qalib gəldi.
Redaktor.az xəbər verir ki, bunu "Neftçi"nin məşqçisi Daviti Çivçivadze "Sabah"a qarşı Azərbaycan Basketbol Liqasının final matçından sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis seriyanın dördüncü matçında qazandıqları qələbəni (84:66) şərh edib:
"Oyunçularımız hücumda və müdafiədə çox yaxşı çıxış etdilər. Eyni zamanda, xarakter nümayiş etdirərək qalib gəldilər. Komandamın belə oyunun gördükdə çox sevinirəm. Ancaq bu final seriyasıdır və dörd qələbəyə kimidir. Növbəti görüşlərə hazırlaşmalıyıq, çünki çox çətin oyunlar olacaq. İnanıram ki, gələcək matçlarda da özümüzü ən yaxşı tərəfdən göstərəcəyik".
Qeyd edək ki, tərəflər arasında seriyada bərabərlik var - 2:2. Komandalar arasında növbəti - 5-ci oyun mayın 11-nə təsadüf edəcək. Seriyada rəqibini 4 dəfə məğlub edən komanda Azərbaycan Basketbol Liqasının qalibi olacaq.