"Real"ın yarımmüdafiəçisi yeni mövsümün bir neçə matçını buraxa bilər

İspaniyanın "Real" klubunun yarımmüdafiəçisi Cud Bellinqem yeni mövsümün bir neçə matçını buraxa bilər.
Redaktor.az "Marca"ya istinadən xəbər verir ki, futbolçu çiynindən əməliyyat olunacaq.
Əməliyyat klublararası dünya çempionatının startından əvvəl baş tutacağı təqdirdə 21 yaşlı ingiltərəli oyunçu 2025/2026 mövsümünün başlanğıcına qədər sağalma ehtimalı olacaq. Əks halda, o, sentyabrdan tez meydana çıxa bilməyəcək.
Qeyd edək ki, yarımmüdafiəçi 2023-cü ilin noyabrında "Rayo Valyekano" ilə matçda çiynindən zədələndikdən sonra problemlə üzləşib. Madrid klubu hazırda La Liqanın turnir cədvəlində 34 turdan sonra 75 xalla ikinci pillədə qərarlaşıb.