“Atalanta” “Roma”nın 19 matçlıq məğlubiyyətsizlik seriyasına son QOYDU

“Atalanta” İtaliya A Seriyasının 36-cı turunda “Roma”nı 2:1 hesabı ilə məğlub edərək paytaxt komandasının turnirdə məğlubiyyətsiz keçirdiyi 19 oyunluq seriyasına son qoyub.
Redaktor.az xəbər verir ki, qarşılaşma Berqamoda keçirilib.
Qaliblərin heyətində qolları Ademola Lukman (9-cu dəqiqə) və İbrahim Sulemana (76) vurublar. Məğlub tərəfdə isə Brayan Kristante (32) fərqlənib.
“Roma” “Atalanta” ilə oyundan əvvəl İtaliya çempionatındakı son 19 görüşündə 14 qələbə qazanıb və 5 dəfə heç-heçə edib. Roma komandası çempionat matçında son dəfə ötən ilin dekabrın 15-də “Komo”ya (0:2) uduzub.
“Atalanta” 71 xal toplayaraq turnir cədvəlində üçüncü yeri tutur. “Roma” isə 63 xalla 6-cı sırada qərarlaşıb.