PSJ Mbappeni 100 milyon avroya yaxın zərərə görə məhkəməyə VERDİ

 09:20 13.05.2025     71

PSJ keçmiş hücumçusu Kilian Mbappeni komandanın imicinə vurulan zərərə görə 98 milyon avro təzminat tələbi ilə məhkəməyə verib.

Redaktor.az “RMC Sport”a istinadən xəbər verir ki, mayın 12-də klubun vəkilləri məhkəmədən Mbappenin PSJ-dən maaş və bonuslar kimi tələb etdiyi 55 milyon avronun ödənilməsi ilə bağlı qərarın ləğv olunmasını israrla istəyiblər.

Klubun hüquqşünas komandası Mbappenin bu məbləğin klubdan alınmasını əsaslandıracaq yetərincə sübut təqdim etmədiyini bildirir. Klub nümayəndələri hesab edirlər ki, əksinə, məhz futbolçu PSJ-yə vurduğu imic zərərinə görə onlara pul ödəməlidir.

PSJ-nin vəkilləri qeyd ediblər ki, bu iddianın əsas məqsədi 98 milyon avronun qaytarılması deyil, ödəniş öhdəliyinin Mbappenin üzərində olduğunu göstərməkdir.