Ronaldonun komandası çempionluq şansını İTİRDİ

 09:30 13.05.2025     71

Kriştiano Ronaldonun çıxış etdiyi “Əl-Nəsr” Səudiyyə Ərəbistanı Pro Liqasında çempionluq şansını itirib.

Redaktor.az xəbər verir ki, 31-ci turda lider “Əl-İttihad” “Əl-Faiha”nı 3:0 hesabı ilə məğlub edib və xallarının sayını 74-ə çatdırıb.

Bununla da, mövsümün sonuna 4 tur qalmış 60 xalı olan “Əl-Nəsr”in liderə çatması mümkünsüz olub.

Qeyd edək ki, Kriştiano Ronaldo Səudiyyə Ərəbistanında iki il yarım ərzində (2023-cü ilin yanvarından) heç bir kubok qazana bilməyib. Komanda bu mövsüm ölkə kuboku və Asiya Çempionlar Liqasında da mübarizəni dayandırıb.