Azərbaycanlı referi Avropa Karate Federasiyasının Hakimlər Komitəsinə üzv seçildi

 21:26 13.05.2025     104

Azərbaycan Karate Federasiyasının (AKF) Hakimlər Komitəsinin sədri Cahangir Babayev Avropa Karate Federasiyasının Hakimlər Komitəsinə üzv seçilib.

Redaktor.az xəbər verir ki, bu barədə AKF-nin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, bu komitədə cəmi 7 üzv təmsil olunur və onlardan biri də Azərbaycan təmsilçisi Cahangir Babayevdir.