"Beşiktaş" klubunun futbolçusu ciddi zədə ALDI

Türkiyənin "Beşiktaş" klubunun futbolçusu Aleks Oksleyd-Çemberleyn ciddi zədə alıb.
Redaktor.az xəbər verir ki, ingiltərəli futbolçu Superliqanın XXXV turunda "Adana Dəmirspor"a 4:1 hesabı ilə qalib gəldikləri qarşılaşmada sıradan çıxıb.
O, matçın 11-ci dəqiqəsində sağ dizindən zədələnib.
Bununla da Aleks Oksleyd-Çemberleyn mövsümün son 3 turunda meydana çıxa bilməyəcək.