“Qarabağ” nə vaxt mükafatlandırılacaq?

Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünün qalibi “Qarabağ” mükafatlandırılacaq.
Redaktor.az xəbər verir ki, tədbir 18 mayda “Azərsun Arena”da keçiriləcək.
35-ci tur çərçivəsində, saat 19:00-da start götürəcək “Kəpəz”lə oyundan sonra stadionda təltifetmə mərasimi baş tutacaq. “Qarabağ”a çempionluq kuboku və qızıl medallar təqdim olunacaq.
Azərbaycan 1-ci Liqasında 2024/2025 mövsümünün qalibi olan “Qəbələ”yə isə qızıl medallar 26-cı turda təqdim olunacaq. Təltifetmə mərasimi 15 mayda Qəbələ şəhər stadionunda baş tutacaq. “Qəbələ” saat 16:00-da start götürəcək “Zaqatala” ilə qarşılaşmadan sonra çempionluq kuboku və medallarla mükafatlandırlacaq.