"Sabah" Azərbaycan Basketbol Liqasının qalibi OLDU

 21:08 14.05.2025     119

"Sabah" Azərbaycan Basketbol Liqasının qalibi olub.

Redaktor.az-ın məlumatına görə, Bakı İdman Sarayında təşkil olunan final seriyasının altıncı oyununda "Neftçi"yə 83:78 hesabı ilə qalib gələn "bayquşlar" qızıl medallara sahib çıxıblar.

Rimas Kurtinaytisin rəhərlik etdiyi kollektiv həlledici seriyada dördüncü qələbəni əldə etməklə çempionluq sevinci yaşayıb.

Qeyd edək ki, tərəflər arasında əvvəlki 5 görüşdə "Sabah" 3, "Neftçi" isə 2 qələbə qazanıb.