"Qalatasaray" Türkiyə Kubokunun qalibi OLDU

 23:45 14.05.2025     123

"Qalatasaray" Türkiyə Kubokunun qalibi olub.

Redaktor.az xəbər verir ki, Qaziantep Böyükşəhər stadionunda keçirilən final oyununda "Trabzonspor"la qarşılaşan İstanbul təmsilçisi 3:0 hesablı qələbəyə sevinib.

"Sarı-qırmızılar"ın qollarını Barış Alper (5) və Viktor Osimhen (46, 63) vurub.

Qeyd edək ki, "Qalatasaray" tarixi ərzində rekord sayda - 19-cu dəfə Türkiyə Kubokuna sahib çıxıb.