“Barselona”nın hücumçusunun səhhəti PİSLƏŞDİ

İspaniya millisinin və “Barselona” komandasının futbolçusu Ferran Torresin durumu yaxşı deyil.
Redaktor.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Kor bağırsağından uğurlu əməliyyat keçirən 25 yaşlı oyunçunun ötən gün səhhəti pisləşib. Tibbi müayinələr hücumçuda problemin olduğunu göstərib. Bu səbəbdən F.Torres La Liqada mövsümünün qalan 3 oyununu buraxa bilər.
Qeyd edək ki, Ferran Torres bu mövsüm Kataloniya klubunun heyətində 45 görüşdə, 19 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.