"Barselona" İspaniya çempionu OLDU

 01:37 16.05.2025     123

İspaniya la Liqasının 36-cı turu çərçivəsində "Barselona" səfərdə "Espanyol"un qonağı olub.

Redaktor.az xəbər verir ki, matç qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

"Barselona"nın qollarını 17 yaşlı hücumçu Lamin Yamal (53-cü dəqiqə) və Fermin Lopez (90+5-ci dəqiqə) vurub. Bununla da sona iki tur qalmış "Barselona" 85 xalla İspaniya çempionu adını qazanıb. 

Qeyd edək ki, hazırda turnir cədvəlində 78 xalla "Real Madrid" ikinci, 70 xalla "Atletiko Madrid" üçüncü pillədə qərarlaşıblar.

Turan ASLAN