"Yamal dahi futbolçudur" - "Barselona"nın prezidenti

 15:30 16.05.2025     109

İspaniyanın "Barselona" klubunun prezidenti Xuan Laporta komandanın gənc futbolçusu Lamin Yamal barədə danışıb.

Redaktor.az xəbər verir ki, o, hücumçu haqqında xoş sözlər deyib:

“Yamal dahi futbolçudur və parlaq oyunçular qrupunun bir hissəsidir. Komandaya rəhbərlik edir, hər matça diqqətlə yanaşır".

Qeyd edək ki, Kataloniya klubu ötən gün La Liqanın 36-cı turunda “Espanyol”a 2:0 hesabı ilə qalib gələrək İspaniya çempionu olub.

Lamin Yamal bu mövsüm 53 oyunda 17 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb.