Gənc taekvondoçularımız Bolqarıstanda 3 medal QAZANDILAR

 23:44 16.05.2025     105

Azərbaycanın gənc taekvondoçuları Bolqarıstanın Sofiya şəhərində keçirilən G3 kateqoriyalı "Prezident Kuboku"nda 3 medal qazanıblar.

Taekvondo Federasiyasından Redaktor.az-a verilən məlumata görə, Elcan Əliyev bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Yunis Hüseynov və Fuad Məhərrəmli isə bürünc medallara sahib çıxıblar.