Premyer Liqada 35-ci tur BAŞLAYIR

Bu gün Azərbaycan Premyer Liqasında 35-ci tura start veriləcək.
Redaktor.az xəbər verir ki, turun ilk oyun günündə üç qarşılaşma baş tutacaq.
“Turan Tovuz” səfərdə “Sumqayıt”ın qonağı olacaq. “Zirə” “Sabah” ilə üz-üzə gələcək.
“Şamaxı” isə doğma meydanda “Araz-Naxçıvan”ı qəbul edəcək.
Qeyd edək ki, tura sabah baş tutacaq iki qarşılaşma ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
35-ci tur
17 may
17:00. “Sumqayıt” – “Turan Tovuz”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
17:00. “Zirə” – “Sabah”
Zirə İdman Kompleksinin stadionu
17:00. “Şamaxı" – “Araz-Naxçıvan”
Şamaxı şəhər stadionu