Stolüstü tennis üzrə Azərbaycan çempionatına yekun vuruldu

 15:55 17.05.2025     99

Stolüstü tennis üzrə Azərbaycan çempionatına yekun vurulub.

Redaktor.az xəbər verir ki, yarışın son günündə şəxsi, qoşa və qarışıq-qoşa mübarizədə qaliblər müəyyənləşib. Şəxsi yarışlar Onur Quluzadə və Mərziyyə Nurmətovanın qələbəsi ilə başa çatıb.

Kişilərin qoşa mübarizəsində Vəzir Allahverdiyevlə Onur Quluzadə, qadınlarda Mərziyyə Nurmətova ilə Aylin Əsgərova bütün rəqiblərini üstələyib.

Qarışıq qoşa yarışlarda isə Vəzir Allahverdiyevlə Zemfira Mikayılova Azərbaycan çempionu adına layiq görülüb. Xatırladaq ki, yarışın ilk günlərində keçirilən komanda turnirində kişilərin mübarizəsi “Bakı-1” komandasının, qadınların yarışı isə “Sumqayıt-1” kollektivinin qələbəsi ilə nəticələnmişdi. Fəxri kürsüyə qalxan idmançılara AGİN-nin diplom və medalları, həmçinin, ASTF-nin mükafatları təqdim olunub.