“Sumqayıt”ın Ronaldosu zədələndi

“Sumqayıt” komandası ciddi itki üzləşib.
Redaktor.az xəbər verir ki, “kimyaçılar”ın futbolçusu Ronaldo Vaskes Azərbaycan Premyer Liqasının XXXV turunda “Turan Tovuz”la oyunda zədələnərək meydanı tərk edib.
25 yaşlı oyunçunu 80-ci dəqiqədə Tresor Mossi əvəzləyib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşmada qonaqlar minimal hesabla öndədir.