“Qalatasaray” 25-ci dəfə Türkiyə çempionu OLDU

Türkiyə Super Liqasında XXXVI tura yekun vurulub.
Redaktor.az xəbər verir ki, bu gün keçirilən bütün matçlar eyni saatda baş tutub.
Lider "Qalatasaray" öz meydanında "Kayserispor"u qəbul edib.
Ev sahibləri rəqibini Viktor Osimhen, Barış Alper Yılmaz və Fernando Musleranın penaltidən vurduğu qollarla məğlub etməyi bacarıb.
Bu nəticə ilə xallarının sayını 89-a çatdıran "sarı-lacivərdlilər" sona II tur qalmış 25-ci çempionluğunu rəsmiləşdirib.
"Fənərbaxça" isə öz meydanında "Eyüpspor"a Edin Ceko və Yusif En-Nesrinin qolları ilə qalib gəlib - 2:1.
Türkiyə Super Liqası
XXXVI tur
20:00. "Qalatasaray" - "Kayserispor" - 3:0
20:00. "Fənərbaxça" - "Eyüpspor" - 2:1
20:00. "Kasımpaşa" - "Başakşəhər" - 2:3
20:00. "Alanyaspor" - "Beşiktaş" - 1:1
20:00. "Antalyaspor" - "Qaziantepspor" - 0:0
20:00. "Bodrumspor" - "Trabzonspor" - 1:1
20:00. "Samsunspor" - "Sivasspor" - 1:0
20:00. "Rizəspor" - "Göztəpə" - 6:3