Məşhur futbolçunun evi qarət EDİLDİ

 18:15 19.05.2025     66

Fransanın “Lion” klubunun hücumçusu Aleksandr Lyakazettin evi qarət edilib. 

Redaktor.az xəbər verir ki, hadisə ölkə çempionatının 34-cü turunda baş tutan “Lion” – “Anje” (2:0) matçı zamanı yaşanıb.

Görüş başlayandan təxminən yarım saat sonra iki naməlum şəxs futbolçunun evinə daxil olub.

Oğrular seyfi sındıraraq qızıl-zinət əşyaları, bahalı dəri aksesuarları və pul oğurlayıblar. Ümumi zərərin 10 min avrodan çox olduğu bildirilir. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.