Mahir “Nürnberq”dən pula görə ayrılıb? - Klozedən açıqlama

Almaniyanın “Nürnberq” klubunun çalışdırıcısı Miroslav Kloze komandasından ayrılan Azərbaycan yığmasının üzvü Mahir Emrelidən danışıb.
Redaktor.az xəbər verir ki, o, forvardın klubdan yüksək maaş tələbinə görə ayrıldığını deyib:
“Mahirin böyük klublarda oynadığını və yüksək liqalarda nə qazandığını bilirik. Buna baxmayaraq, o, mənimlə işləmək istədiyi üçün yanıma gəldi. Amma nə qədər çalışsa da, nə qədər zəhmət çəksə də, sonda səmimi olmalıyıq. Yəqin ki, onu saxlamaq şansımız yox idi. Amma bu, bizim aramızda olan münasibəti pozmur”.