"Qızıl top" mükafatının təqdimetmə mərasiminin vaxtı AÇIQLANDI

"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının təqdimetmə mərasiminin vaxtı açıqlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə məlumat jurnalın sosial şəbəkə hesablarında paylaşılıb.
Mərasim sentyabrın 22-də Fransanın paytaxtı Parisdə yerləşən “Şatle” teatrında keçiriləcək.
Qeyd edək ki, ötən il “Qızıl top” mükafatını "Mançester Siti"nin (İngiltərə) yarımmüdafiəçisi Rodri qazanıb.