"Liverpul" Premyer Liqada antirekorda imza ATDI

 09:00 20.05.2025     100

"Liverpul" İngiltərə Premyer Liqasında antirekorda imza atıb.

Redaktor.az xəbər verir ki, bu, Mersisayd təmsilçisinin XXXVII turda "Brayton"a yenilməsi (2:3) sayəsində mümkün olub.

"Qırmızılar" qızıl mükafatı təmin etdikdən sonra çempionatda keçirdiyi üç matçın heç birində qalib gələ bilməyən ilk komandadır.

"Liverpul" daha əvvəl "Arsenal"la heç-heçə (2:2) edib, "Çelsi"yə isə məğlub (1:3) olub.

Qeyd edək ki, Arne Slotun baş məşqçisi olduğu kollektiv sonuncu turda "Kristal Pelas"ı qəbul edəcək.