Bioloji yaşı 28 İMİŞ

 09:20 21.05.2025     73

Portuqaliya millisinin və “Əl-Nəsr”in 40 yaşlı hücumçusu Kriştianu Ronaldonun bədəni xüsusi cihaz vasitəsilə müayinə olunub.

Redaktor.az bu barədə championat.com-a istinadən xəbər verir.

Ulduz futbolçunun bədəni vərdişləri, məşqi və fiziologiyası əsasında qiymətləndirilib. 

Cihaz Ronaldonun bioloji yaşının 28 il 9 ay olduğunu göstərib.

Qeyd edək ki, Ronaldo bu mövsüm bütün turnirlərdə 39 oyun keçirib, 33 qol vurub və 4 məhsuldar ötürmə verib.

Onun klubla hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir.