Azərbaycanın minifutbol yığmasında karyeralarını başa vuran 4 futbolçuya təşəkkür edildi

Azərbaycanın minifutbol yığmasında karyeralarını başa vuran 4 futbolçuya təşəkkür edilib.
Redaktor.az xəbər verir ki, Bakıda keçirilən dünya çempionatının Bəhrəynlə oyun öncəsi Tural Nərimanov, Davud Kərimi, Seymur Məmmədov və Bəxtiyar Soltanova millidə göstərdikləri xidmətlərə görə təşəkkür edilib və hədiyyə təqdim olunub.
Qeyd edək ki, hazırda A qrupunun açılış matçında Azərbaycan Bəhreyn millisi ilə qarşılaşır və görüşdə hesab açılmayıb.