Arda Gülər 5 mərtəbəli villa aldı - FOTO

Türkiyə millisinin və “Real Madrid”in gənc ulduzu Arda Gülər İstanbulun Beykoz ərazisində lüks villa alıb.
Redaktor.az xəbər verir ki, bu barədə “Ajansspor” məlumat yayıb.
Gülər məşhurların yaşadığı Acarkentdən aldığı 5 mərtəbəli villa üçün 3 milyon dollar (116 milyon 579 min lirə) ödəyib.
Futbolçu evin təmir işləri üçün də 2 milyon dollar (77 milyon 720 min lirə) xərcləyəcək.