Modriç "Real"la vidalaşacaq

“Real”ın yarımmüdafiəçisi Luka Modriç Klublararası Dünya Çempionatından sonra Madrid klubunu tərk edəcək.
Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, tərəflər yaxın vaxtlarda müqavilənin uzadılması ilə bağlı razılığa gələ bilməsələr, 39 yaşlı xorvatiyalı gedəcəyini açıqlayacaq və gələn həftəsonu klub azarkeşləri ilə vidalaşacaq.
“Real”ın gələcək baş məşqçisi Xabi Alonso Modriçi saxlamaq istəyir, lakin hələlik vəzifəsinin icrasına başlamayıb və danışıqlara müdaxilə edə bilmir. Bu mövsüm Modriç 55 oyun keçirib, 4 qol vurub və 9 məhsuldar ötürmə edib.