Gürcüstan millisi BƏƏ-ni məğlub ETDİ

Gürcüstan millisi Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında BƏƏ yığmasını məğlub edib.
Redaktor.az xəbər verir ki, G qrupunun oyunu Milli Gimnastika Arenasında baş tutub.
Mundialın ikinci gününün yeddinci qarşılaşması avropalıların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, bu gün baş tutan digər görüşlərdə İspaniya Qananı (3:0), İndoneziya Kosta Rikanı (1:0), Çexiya Argentinanı (2:1), Polşa Qazaxıstanı (2:1), Bosniya və Herseqovina ABŞ-ni (4:2) məğlub edib. Monteneqro - Tailand matçında qalib müəyyənləşməyib - 1:1.