"Barselona" Rafinya ilə yeni müqavilə imzaladı

 22:37 22.05.2025     106

İspaniyanın "Barselona" klubu braziliyalı futbolçusu Rafinya ilə yeni müqavilə imzalayıb.

Redaktor.az xəbər verir ki, bu barədə kataloniyalıların mətbuat xidməti məlumat yayıb.

Hücumçunun yeni sözləşməsi 2028-ci ilə qədərdir.

Qeyd edə ki, 28 yaşlı oyunçu 2022-ci ildən "Barselona"da çıxış edir. O, komandasının heyətində iki dəfə İspaniya çempionu olub, bir dəfə ölkə kubokunu, iki dəfə isə Super Kuboku qazanıb.