“Xankəndi” FK Region Liqasının qalibi oldu - FOTO

Mayın 22-də Qəbələ şəhər stadionunda Region Liqasının final oyunu keçirilib.
Redaktor.az xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, oyunda “Xankəndi” “Şirvan” klubu ilə qarşılaşıb. Həlledici qarşılaşmada "Xankəndi" futbol klubu rəqibini 3:0 məğlub edib.
Xatırladaq ki, "Xankəndi" klubu tarixində ilk dəfədir ki kuboka sahib olur.

